Rusiyada görünməmiş BAHALAŞMA BAŞLADI
    • 3-07-2024, 20:19
    • 1 986

Rusiyada görünməmiş BAHALAŞMA BAŞLADI

2024-cü ilin əvvəlindən Rusiyada meyvə-tərəvəz məhsullarının qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.

News24.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti “Rusprodsoyuz”un ekspertlərinin statistik məlumatlarına istinadən məlumat yayıb.

Bu müddət ərzində xüsusilə almanın pərakəndə satış qiymətləri 30 faiz artaraq kiloqramı 159,8 rubl səviyyəsinə çatıb. Analitiklər öz növbəsində çuğundurun dəyərinin 92,3 faiz artdığını deyib. İndi çuğundurun bir kiloqramı 70 rubla, yerkökü isə 62,8 faiz artaraq 70 rubla qədər yüksəlib.

Rosstat digər tərəvəz bitkilərinin qiymətlərində nəzərəçarpacaq artım olduğunu bildirib. Belə ki, ekspertlərin hesablamalarına görə, iyun ayına qədər Rusiyada kartofun qiyməti yanvarın əvvəli ilə müqayisədə 82,4 faiz, kələmin qiyməti isə 35 faiz, soğanın qiyməti isə 32 faiz bahalaşıb.

Bu günə qədər Rusiya bazarında belə dinamika müşahidə edilməyib. Kənd Təsərrüfatı Nazirliyi əmin edib ki, ərzaq bazarında qiymətlərə, o cümlədən meyvə-tərəvəzin maya dəyərinə xüsusi nəzarət edirlər.