Çinin süni intellektlə bağlı təklifi qəbul edildi
    • 3-07-2024, 23:00
    • 136

Çinin süni intellektlə bağlı təklifi qəbul edildi

BMT Baş Assambleyası süni intellekt potensialının inkişafı üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək, açıq, ədalətli və ayrı-seçkiliyə yol verməyən biznes mühitini müdafiə etmək üçün Çinin təklif etdiyi qətnaməni qəbul edib.

News24.az-ın məlumatına görə, Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib ki, süni intellekt texnologiyası qlobal miqyasda sürətlə inkişaf edir. Lakin insanların çoxu, xüsusən də inkişaf etməkdə olan ölkələrdə hələ ki, bu texnologiyaya həqiqətən daxil olmayıb və ya faydalanmayıb.

Süni intellekt texnologiyasının inkişafı və ədalətli şəkildə istifadə edilməsi, onun faydalarının paylaşılması üçün süni intellekt üzrə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb.

Qeyd edək ki, ABŞ da daxil olmaqla 140-dan çox ölkə qətnamə layihəsini dəstəkləyib.

Günel Məlikzadə