-
- 3-07-2024, 22:51
- 251
Ayxan Hacızadə: Azərbaycan və Rusiya liderlərinin Astana görüşü faydalı olub
"Məlum olduğu kimi, Azərbaycanla Rusiya arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığı inkişaf edib."
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli medianın suallarına cavabında bildirib.
O bildirib ki, ölkələrimiz öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda prinsiplərinə sadiqlik əsasında qururlar.
"İki ölkənin liderləri mütəmadi əsasda görüşür, qarşılılıq səfərlər həyata keçirirlər. Sonuncu dəfə, 22 aprel tarixində Prezident İlham Əliyev Rusiyada səfərdə olub və əhəmiyyətli görüşlər keçirib. Astanada keçirilmiş görüş iki ölkə arasında əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi, əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planların müzakirəsi baxımından da faydalı olub. Dövlət başçıları həmçinin ŞƏT və digər beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemləri nəzərdən keçiriblər.", - deyə A. Hacızadə bildirib.