Güləş üzrə dünya çempionu evində ölü tapıldı
    • 3-07-2024, 23:55
    • 397

Güləş üzrə dünya çempionu evində ölü tapıldı


Gürcüstan güləşinə ağır itki üz verib. 

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, dünya çempionu olmuş Yunan-Roma güləşçisi Nuqzari Tsurtsumiya evində ölü tapılıb. İdmançının meyiti Xobi şəhərindəki evində aşkarlanıb. İlkin təxminlərə görə Nuqzari intihar edib. 

27 yaşlı güləşçi 2019-cu ildə dünya çempionu olmuş, dünya və Avropa çempionatları mükafatçısı idi.