-
- 4-07-2024, 13:14
- 289
Rusiya Ukrayna hava limanını VURDU: Ölənlər var
Vilayət qubernatoru bu gün verdiyi açıqlamada Ukraynanın mərkəzindəki Dnepr şəhərinə Rusiyanın hücumu olduğunu bildirib. Rusiya Ukraynanın Poltava hava limanını “İsgəndər” raketi ilə vurub.
News24.az xəbər verir ki, Qubernator Sergiy Lısak sosial şəbəkədəki paylaşımında, "Düşmən gizli hücumlarını davam etdirir. Onlar raketlər və pilotsuz uçuş aparatları (PUA) göndərdilər. Təəssüf ki, bu hücumlar nəticəsiz qalmadı. 3 nəfər həlak oldu, 18 nəfər yaralandı".
Daha sonra edilən açıqlamada ölənlərin sayının 5-ə yüksəldiyi açıqlanıb.
Rusiya rəsmiləri isə Ukraynanın Rusiyanın nəzarətində olan Xerson vilayətinə hücumu nəticəsində 2 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını açıqlayıb.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Qara dənizin Novorossiysk limanına doğru hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus iki PUA-nın məhv etdiyini açıqlayıb.
Qeyd edək ki, may ayında da limana pilotsuz uçuş aparatları tərəfindən hücum edilib və səlahiyyətlilər çıxışı müvəqqəti bağlamalı olub.
Rusiya da Ukraynanın Poltava hava limanını İsgəndər raketi ilə vurduğunu açıqlayıb.
Bildirək ki, Moskva bu həftə ikinci dəfə Poltava hava limanını hədəfə alıb.
Günel Məlikzadə