Kiçik qıza timsah hücum etdi
    • 4-07-2024, 16:10
    • 216

Kiçik qıza timsah hücum etdi

Avstraliyanın Palumpa bölgəsində dərədə çimərkən timsahın hücumuna məruz qalan 12 yaşlı qızın cəsədinin parçaları tapılıb.

News24.az xəbər verir ki, quru, hava və su ilə 36 saat davam edən gərgin axtarışlar nəticəsində qızın itdiyi yerin yaxınlığından çay sistemindən cəsəd hissələri tapılıb.

Parçaların itkin düşdüyü bildirilən qıza aid olduğunu ifadə edən yüksək səviyyəli polis məmuru Erica Gibson, Palumpa bölgəsi yaxınlığında tapılan cəsəd parçalarının üzərindəki yaraların timsah hücumunu təsdiqlədiyini açıqlayıb.

Bu nəticənin qızın ailəsi və axtarışda iştirak edən hər kəs üçün kədərli olduğunu dilə gətirən Gibson, timsahın tutulması üçün işlərin davam etdiyini bildirib.

Günel Məlikzadə