İzdiham faciəsi: Əzilərək öldülər
    • 4-07-2024, 16:24
    • 194

İzdiham faciəsi: Əzilərək öldülər

Hindistanın şimalında hinduların dini toplantısında izdiham yaranıb.

News24.az xəbər verir ki, Hindistan polisi izdihamda ən azı 121 nəfərin əzilib öldüyünü açıqlayıb. Çoxlu yaralı olduğu bildirilərkən, ölənlərin sayının artmaqda davam etdiyi vurğulanıb.

Yeni Dehlidən təxminən 140 kilometr cənub-şərqdə yerləşən Hathras şəhərində izdiham hindu tanrısı Şivanı qeyd etmək üçün toplaşıb.

Tripathi, "Bir çox yaralı da xəstəxanaya yerləşdirilib. Ölümlərin əsas səbəbi dini tədbir zamanı yaranan izdihamdır" deyib.

Qeyd edək ki, izdihamla bağlı 6 nəfər haqqında istintaq başladılıb.

Hindistanda böyük dini bayramlar zamanı ibadət yerlərində tez-tez ölümlə nəticələnən qəzalar baş verir.

Günel Məlikzadə