İzdiham faciəsi: Əzilərək öldülər
    • 2-07-2024, 16:24
    • 183

İzdiham faciəsi: Əzilərək öldülər

Hindistanın şimalında hinduların dini toplantısında izdiham yaranıb.

News24.az xəbər verir ki, Hindistan polisi izdihamda təxminən 60 nəfərin öldüyündən ehtiyatlandığını açıqlayıb. Çoxlu yaralı olduğu bildirilərkən, ölənlərin sayının artmaqda davam etdiyi vurğulanıb.

Yeni Dehlidən təxminən 140 kilometr cənub-şərqdə yerləşən Hathras şəhərində izdiham hindu tanrısı Şivanı qeyd etmək üçün toplanıb.

Tripathi, "Bir çox yaralı da xəstəxanaya yerləşdirilib. Ölümlərin əsas səbəbi dini tədbir zamanı yaranan izdihamdır" deyib.

Qeyd edək ki, Hindistanda böyük dini bayramlar zamanı ibadət yerlərində tez-tez ölümlə nəticələnən qəzalar baş verir.

Günel Məlikzadə