-
- 4-07-2024, 22:50
- 267
Qəzzada atəşkəs olacaq?
İsrailin məxfi xidməti Mossad, HƏMAS-ın Qəzzada atəşkəslə bağlı təkliflərini İsrailə çatdırdığını açıqlayıb.
News24.az xəbər verir ki, mövzu ilə bağlı bəyanatı Mossad adından baş nazir Benyamin Netanyahunun ofisi verib. HƏMAS-ın cavabının araşdırılacağı və vasitəçilərə cavab veriləcəyi bildirilib.
Daha bir açıqlama isə HƏMAS-dan gəlib. Həmas, Haniyənin Qəzzada müharibəni bitirmək üçün vasitəçilərlə bəzi fikir mübadiləsi apardığı məlumatını paylaşıb. Son hadisələrlə bağlı Türkiyə rəsmilərini məlumatlandırdığı da bildirilib.
Vasitəçi ölkələr, o cümlədən Misir, Qətər və ABŞ oktyabrın 7-dən bəri davam edən münaqişələrə son qoymaq üçün tərəflər arasında danışıqlar aparır.
HƏMAS bəyan edib ki, hücumlar bitənə və İsrail ordusu Qəzzadan tamamilə çəkilənə qədər razılıq əldə oluna bilməz.
Günel Məlikzadə