-
- 5-07-2024, 11:30
- 282
Yeni texnologiya: Dəmiryolunun təmirində insanabənzər robotlar
Yaponiyada bir dəmir yolu şirkəti dəmir yollarında təmir işləri üçün insanabənzər robotlardan istifadə etməyə başlayıb.
News24.az xəbər verir ki, robot yük maşınındakı krana qoşulub və pultla idarə olunur.
40 kiloqrama qədər yükü qaldıra bilən 12 metrlik robot həm də rəssam kimi fırça tuta və ya elektrik mişarından istifadə edə bilir.
Hələlik robot yalnız ağacları budamaq və metal hissələri rəngləmək üçün istifadə olunur.
Qeyd edək ki, şirkət rəsmiləri gələcəkdə bütün texniki xidmət işlərində robotlardan istifadə etməyi hədəflədiklərini deyirlər.
Eyni zamanda, bu yolla elektrik vurması kimi iş qəzalarının qarşısı alına bilər.
Bildirilir ki, robot əhalisi qocalmaqda olan Yaponiyada işçi qüvvəsi problemini də həll edə bilər.
Günel Məlikzadə