-
- 5-07-2024, 12:59
- 286
Navalnının həyat yoldaşı axtarışa verildi
Yuliya Navalnaya federal axtarışa verilib.
News24.az APA-ya istinadən bildirir ki, bu barədə "Potok" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Yuliya Navalnaya ekstremist cəmiyyətdə iştirakda ittiham olunur. Bundan əlavə onun 75.5 milyon rubl dəyərində məbləğin leqallaşdırılmasında iştirakı araşdırılır.
Qeyd edək ki, Yuliya Navalnaya Korrupsiyaya qarşı mübarizə Fondunun yaradıcısı, müxalif siyasətçi, bu ilin fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının həyat yoldaşıdır.