Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alındı
    • 5-07-2024, 21:04
    • 135

Qırğızıstanda dövlət çevrilişi cəhdinin qarşısı alındı

Qırğızıstanda növbəti çevriliş cəhdinin qarşısı alınıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, kütləvi qiyamlar törətməyə və hakimiyyəti ələ keçirməyə cəhd edən çevriliş qrupuna qarşı əməliyyat keçirilib.

Qeyd edək ki, ölkədə eyni əməliyyat daha əvvəl yanvar ayında keçirilmişdi. Əməliyyatda FETÖ ilə əlaqəsi olan dövlət çevrilişinə cəhd edənlər həbs edilmişdi.