Zelenskidən ABŞ-a qarşı inanılmaz gediş
    • 5-07-2024, 22:25
    • 244

Zelenskidən ABŞ-a qarşı inanılmaz gediş

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşməyə hazır olduğunu açıqlayıb. Deyib ki, Tramp Rusiya ilə müharibəni tez bitirmək planını ortaya qoymalı, onun təkliflərinin heç biri millətin suverenliyini pozmamalıdır:

Sitat: “Tramp bu müharibəni necə bitirəcəyini bilirsə, bunu indi bizə deməlidir. Əgər Ukraynanın müstəqilliyi üçün risklər varsa, dövlətçiliyimizi itirmək təhlükəsi mövcuddursa, o zaman buna hazır olmalıyıq. Komandasının təkliflərini eşitmək üçün Trampla şəxsən görüşməyə hazıram. Ukrayna ABŞ-dakı seçkilərdən sonra payızda nəyə hazırlaşmalı olduğunu anlamaq istəyir. Onlar mənim, xalqımın və övladlarımızın həyatını planlaşdıra bilməzlər. Biz noyabrda ABŞ-ın güclü dəstəyinə sahib olacağımızı, yoxsa tamamilə tək qalacağımızı başa düşmək istəyirik”.

Bəs, Ukraynanı bu qədər narahat edən nədir?

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, mövzunu şərh edən siyasi şərhçi Heydər Oğuz deyib ki, Zelenskinin narahatlığı əsassız deyil.

Onun fikrincə, həqiqətən də, Donald Tramp ABŞ prezidenti seçilərsə, Ukrayna ilə bağlı hansı mövqeni tutacağı aydın deyil:

“Tramp bu yaxınlarda verdiyi açıqlamada həm Rusiya, həm də Ukrayna liderlərini bir araya gətirəcəyini və onlara öz təklifini verəcəyini bildirmişdi. Demişdi ki, Zelenski əgər onun təklifini qəbul etməsə, o zaman Ukraynaya silah yardımını dayandıracaq və Allahın ümidinə buraxacaq. Bu da sözsüz ki, Zelenskini narahat etməyə bilməzdi. Çünki Trampın Ukraynanın ərazi güzəşti hesabına müharibəni bitirmək istəməsi bəllidir”.

H.Oğuz deyib ki, ərazi itkisi Zelenski üçün siyasi son deməkdir:

“O hakimiyyətə gələndə Ukraynanın bir qism əraziləri işğal olunmuşdu. Onun hakimiyyəti dövründə isə ölkənin hardasa 18-20 faizi işğal altına düşdü. Üstəlik, Ukraynanın bir çox şəhərləri xarabaya çevrildi. Zelenski bu müharibədən zəfərlə ayrılmasa, xalqa deməyə sözü olmayacaq. Məhz bu səbəbdən də həmin fikirləri söyləyir”.