Naxçıvanda daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı
    • 5-07-2024, 21:23
    • 300

Naxçıvanda daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı


Naxçıvan Muxtar Respublikası “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad olunub.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru Bağırov Səxavət Abbas oğlu vəzifəsindən azad edilib.

Rzayeva Sevinc Hüseyn qızı Naxçıvan Muxtar Respublikası “Naxçıvanpoçt” publik hüquqi şəxsin müvəqqəti olaraq direktoru təyin edilib.