-
- 23-05-2019, 15:51
- 859
İlyas Əfəndiyevin 105 illiyi qeyd edildi - Məlumat bazası yaradıldı -FOTOLAR -VİDEO
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında xalq yazıçısı, əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 105 illiyi münasibəti ilə tədbir keçirilib.
News24.az xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev, xalq yazıçısı Anar, xalq şairi Sabir Rüstəmxanlı, akademik Nizami Cəfərov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, xalq artisti Firəngiz Mütəllimova və digər ziyalıların, sənət adamlarının iştirak etdiyi tədbirdə İ.Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən “İlyas Əfəndiyev - 105” elektron məlumat bazası təqdim olunub.
Təqdimatdan öncə İlyas Əfəndiyevin oğlu, xalq yazıçısı Elçin Əfəndiyev keçirilən tədbiri yüksək qiymətləndirdiyini bildirib: “Üç gündən sonra mayın 26-sı İlyas Əfəndiyevin 105 illiyi tamam olur. Bu gün bizim böyük mədəniyyət mərkəzimiz, ocağımız olan Axundov kitabxanasında belə böyük tədbirin keçirilməsi bir tərəfdən ailə üzvü kimi məni sevindirir, digər tərəfdən isə fərəhlənirəm ki, ədəbiyyata qiymət verilir. İlyas Əfəndiyevin vəfatından 23 il keçsə də bu müddət ərzində o, hər zaman oxucuları, tamaşaçıları, xalqı ilə bir yerdə olub. Bu da onun xoşbəxt yazıçı olduğu göstərir”.
Təbir Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun dramaturq haqda hazırlanmış videoçarx və məlumat bazasının təqdimatı ilə davam edib.
Daha sonra isə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib: "Elektron bazasının yaradılması təqdirəlayiqdir. Sözsüz ki, hər bir ədibin xalqın yaddaşında qalması mühüm məsələdir. Bu baxımdan ədiblərimizin elektron bazasının yaradılması vacibdir. Müasir dünyada şərtlər dəyişib, ona görə də ədəbi sərvətlərimizin yadda saxlanılması üçün müxtəlif formalardan istifadə etmək, ədəbi nümunələri müasir düşüncəyə sahib olan gənc nəslə onun dilində təqdim etmək lazımdır. Məhz bu səbəbdən İlyas Əfəndiyevin 105 illiyində Milli Kitabxana tərəfindən məhz elektron bazasının yaradılması olduqca təqdirəlayiqdir”.
İlyas Əfəndiyevin 8 pyesində oynayan xalq artisti Firəngiz Mütəllimova da xalq yazıçısı haqda xatirəsini bölüşüb: “İlyas müəllimlə ilk tanışlığım 1980-ci ildə "Xurşidbanu Natəvan" tamaşasında olub. O mənə “sən Qarabağ gözəlisən” dedi. Hər qastrola gedəndə, bizi çağırıb pul verirdi. Düşünürdü ki, orada xərcləməyə pulumuz olmaz. Həmkarım Məlahət Abbasova ilə məni çağırıb bizə medalyon bağışladı. Daha sonra bir dəfə də mənə böyük medalyon hədiyyə elədi. Dedi ki, gözümünü açandan anamın, bibilərimin boynunda bu medalyondan görmüşəm. Bu Qarabağ xanımlarana xas olan bir bəzək əşyasıdır. Onun hədiyyəsini qoruyuram. Qorxuram ki, taxıb harasa getsəm, itirərəm. O mənim mənəvi atam idi. 60 yaşımın olmağıma baxmayaraq, onun nəshihətlərini qulağımda sırğa etmişəm”.
Teymur Məmmədov