E-sosial.az beynəlxalq mükafata layiq görüldü
    • 6-07-2024, 20:13
    • 223

E-sosial.az beynəlxalq mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı “Communitas” beynəlxalq təşkilatının (ABŞ) təşkil etdiyi “Communitas Awards” müsabiqəsində də yüksək qiymət alıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, portal müsabiqənin “Excellence In Corporate Social Responsibility” kateqoriyası üzrə qalibi olub və “Excellence Winner 2024” mükafatına layiq görülüb.

Müsabiqənin saytında bu barədə, habelə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi haqqında məlumat verilib. Həmçinin saytda portala və pensiya kalkulyatoruna dair posterlər də təqdim edilir.