Bayden qərargahından mühüm qərar
    • 7-07-2024, 14:33
    • 426

Bayden qərargahından mühüm qərar


ABŞ prezidenti Co Baydenin seçki qərargahı bundan sonra ABŞ administrasiyasının rəhbəri ilə müsahibə almağı planlaşdıran jurnalistlərə əvvəlcədən hazırlanmış sualların siyahısını təqdim etməyəcək.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Daha əvvəl, bu həftə Baydendən müsahibə alan iki radio aparıcısı, prezidentlə danışmazdan əvvəl onlara əvvəlcədən prezidentə verilməsi tövsiyə olunan sualların siyahısının verildiyini bildirib. Müsahibələr Baydenin seçkiqabağı televiziya debatlarında uğursuz çıxışından sonra baş tutub.

Bayden və Tramp arasında teledebat iyunun 27-də Corciya ştatının Atlanta şəhərində keçirilib. CNN-in sorğusuna əsasən, debatı izləyən tamaşaçıların üçdə ikisi Trampın qalib gəlməsinə səs verib.