Göyçayda yeniyetmə bıçaqlandı
    • 7-07-2024, 20:37
    • 313

Göyçayda yeniyetmə bıçaqlandı


Göyçayda bıçaqlanma hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Göyçay sakini 2008-ci il təvəllüdlü Nihat Yavər oğlu Cəfərov bıçaq yarası ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilə olunan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, əməli törədən yeniyetmə saxlanılaraq izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir.