-
- 8-07-2024, 11:23
- 176
Emmanuel Makronun məğlubiyyəti
Dövlət Dumasının sədri Vyaçeslav Volodin Fransanın növbədənkənar prezident seçkilərində Emmanuel Makronun məğlubiyyətini şərh edib.
News24.az xəbər verir ki, Volodin "Makrona qapı göstərildi", - deyərək qeyd edib. O, Makronun təşəbbüsü ilə elan edilən seçki nəticələrinin onun üçün məğlubiyyətlə başa çatdığını da vurğulayıb.
Onun fikrincə, fransızlar ölkə prezidentindən başqa hər kəsə səs verməyə hazır idilər.
Volodinin sözlərinə görə, oxşar aqibət hazırkı bütün Avropa başçılarını gözləyir.
Məryəm