Napoleonun silahları görün neçəyə satıldı - FOTO
    • 8-07-2024, 21:50
    • 250

Napoleonun silahları görün neçəyə satıldı - FOTO

Fransız silah ustası Lui-Marin Qosset tərəfindən hazırlanmış və keçmiş Fransa imperatoru Napoleon Bonaparta məxsus silahlar hərraca çıxarılıb.

News24.az xəbər verir ki, Napoleonun 1814-cü ildə intihara cəhd etdiyi Fontainebleau sarayının yaxınlığındakı Osenat Hərrac Evində dünən keçirilən hərracda silahlar 1,69 milyon avroya satılıb.

Qızıl və gümüşlə bəzədilmiş silahların üzərində Napoleonun profili həkk olunub.

Qeyd edək ki, silahlar orijinal qutusu və müxtəlif aksesuarları, o cümlədən barıt qutusu ilə birlikdə hərracda satılıb.

Noyabrda keçirilən hərracda Napoleona məxsus papaq da 1,9 milyon avroya satılıb.

Günel Məlikzadə