Bu dənizdə çimmək qadağandır
    • 8-07-2024, 22:50
    • 690

Bu dənizdə çimmək qadağandır

Bu gün Türkiyənin Karasu, Kaynarca və Kocaali rayonlarında əlverişsiz hava şəraiti, dalğalar və leysan axınları səbəbiylə rayon qubernatorluqlarının qəbul etdiyi qərarla dənizdə çimmək qadağan edilib.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Karasu İlçe Qubernatorluğunun sosial media hesabında edilən paylaşımda “Dənizdəki əlverişsiz vəziyyət ölümlə nəticələnən boğulma hadisələrinə səbəb olur. Ağır dəniz şəraiti ilə əlaqədar bu gün (08.07.2024) üzgüçülük qadağandır” deyildi.

Bayraqları qırmızıya çevirən Sakarya Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi Xilasetmə Qrup Komandirliyi qrupları dənizdə üzməyin qadağan olduğunu ifadə edərək vətəndaşları xəbərdar edib.

Günel Məlikzadə