3 günlük dəniz qadağası
    • 26-06-2024, 22:00
    • 189

3 günlük dəniz qadağası

Türkiyə - Sakaryanın Qara dəniz sahillərində olan Karasu, Kocaali və Kaynarca rayonlarının sahil bölgələrində güclü dalğalar və yarğan axınları təsirlidir.

News24.az xəbər verir ki, vrayon qubernatorluğu əlverişsiz şəraitlə əlaqədar sabah, cümə və şənbə günləri üçün üç rayonda dənizdə çimməyə qadağa qoyub.

Rayon qubernatorluqlarından verilən açıqlamalarda, əlverişsiz dəniz şəraitinin ölümlə nəticələnən boğulma hadisələrinə səbəb olduğu, meteoroloji məlumatlar və ağır dəniz şəraiti səbəbiylə bu 3 gündə çimməyin qadağan edildiyi bildirilib.

Günel Məlikzadə