Saxta ətirlər ələ keçirildi - ƏTRAFLI
    • 8-07-2024, 18:44
    • 228

Saxta ətirlər ələ keçirildi - ƏTRAFLI

İstanbulda Təhlükəsizlik Şöbəsinin polisləri bir şəxsin  qeyri-sağlam fabrikdə istehsal olunan məşhur brendlərə məxsus çoxlu miqdarda imitasiya ətirini satmaq üzrə olduğu barədə məlumat alıb.

News24.az xəbər verir ki, polislər şübhəli şəxsə qarşı aparılan təqibin davamında təyin olunmuş anbarda əməliyyat keçirib və orada 1 nəfəri saxlayıblar.

Reyd edilən ünvanda bazar dəyəri təxminən 10 milyon lirə olan 31 min 760 şüşə saxta ətir götürülüb. Müsadirə edilən məhsullar məhv edilmək üçün İstanbul Polis İdarəsinə aparılıb.

Digər tərəfdən, əməliyyat zamanı müsadirə edilən imitasiya ətirləri İstanbul Polis İdarəsinin Vətən küçəsi şəhərciyində nümayiş etdirilib.

Məryəm