"The Devil Wears Prada" filminin davamı gəlir
    • 9-07-2024, 21:40
    • 205

"The Devil Wears Prada" filminin davamı gəlir

2006-cı ildə nümayiş olunan "Şeytan Prada geyinir" filmi güclü aktyor heyəti və moda dünyasına münasibəti ilə kült istehsallar arasında yerini alıb. Uzun müddətdir ki, davam filminin gələcəyi ilə bağlı xəbərlər getsə də, rəsmi açıqlama verilməyib.

News24.az xəbər verir ki, Disney davam filmi üzərində işə başladığını açıqlayıb. İlk filmin ssenari müəllifi Aline Brosh McKenna ilə davam filminin yazılması üçün danışıqlar aparılır.

Davam filmində hansı aktyorların rol alacağı hələlik məlum deyil, lakin filmin ənənəvi jurnal nəşrinin tənəzzülə uğradığı bir vaxtda karyerasını davam etdirən Priestly haqqında olacağı təxmin edilir.

Günel Məlikzadə