Kommunal xidmətlər BAHALAŞACAQ
    • 9-07-2024, 17:14
    • 11 197

Kommunal xidmətlər BAHALAŞACAQ

Son günlərdə ölkədə benzinin və dizelin bahalaşması fonunda bir çox sahələrdə qiymət artımı müşahidə olunur.

News24.az xəbər verir ki,metro və avtobus qiymətlərinin bahalaşmasından sonra isə ölkədə kommunal xidmətlərin də qiymətində artım olacağı bildirilir.

İqtisadçı ekspert Rəşad Həsənov  deyib ki, proseslər növbəti mərhələdə dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərdə qiymət artımlarının olacağını göstərir.

O qeyd edib ki, müəyyən xidmətlərin maya dəyərinin formalaşmasında yanacağın qiymət artımının rolu var:

“Bu təsirlərin növbəti mərhələdə kommunal xidmətlərə transformasiyası və onların qiymətlərinin artırılması ehtimalı var. Biz prosesin hansı mərhələdə olduğu ilə bağlı tam məlumatlı deyilik. Qiymətlərin nə vaxt atrırılacağını deyə bilmirik. Ümumiyyətlə götürəndə, kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı davamlı olaraq aidiyyəti qurumlar Taarif Şurasına müraciətlər ünvanlayırlar. Əsaslandırılmaları da ondan ibarətdir ki, xərclər çoxdur. Bu da həmin qurumların zərərlə işləməsinə, xidmət keyfiyyətinin səmərəli təşkil edilməsinə problem yaradır. Ola bilsin ki, sadalanan amillərdən hər hansı birinin əsaslandırılması kommunal xidmətlərin qiymətlərinin artırılması məsələsini gündəmə gətirsin və qiymət artımına gedilsin”.

İqtisadçı qeyd edib ki, özəlləşdirmə kontekstində zaman-zaman kommunal xidmətlərin təşkili məsələləri bir sıra istiqamətlərdə özəl sektora ötürülə bilər.

Amma hazırkı tənzimlənən qiymətlər özəl sektor üçün cəlbedici olmadığından bunu həyata keçirmək mümkün olmur./Bakupost.az