-
- 9-07-2024, 23:40
- 479
Hande Erçel: "Hörmət çox vacibdir"
Son dövrün ən məşhur aktrisalarından olan Hande Erçel peşəkar həyatından başqa geyim tərzi və şəxsi həyatı ilə də ad çıxarıb.
News24.az xəbər verir ki, son olaraq InStyle jurnalına danışan Erçel, “Dinc və məhsuldar bir dövrdəyəm. Bu günlər mənim yeniliklərdən həyəcanlandığım, axardan həzz aldığım və eyni zamanda sakit, həyəcanlı olduğum günlərdir” dedi.
Bir müddətdir Hakan Sabancı ilə sevgili olan Hande Erçel münasibətdə hörmətin çox vacib olduğunu vurğulayıb.
Məşhur ad, “Məncə, münasibətləri tarazlıqda saxlayan şey hörmətdir. Düşünürəm ki, bir-birinin məkanına və maraqlarına hörmət etmək hər bir əlaqənin ən vacib nöqtəsidir" dedi.
Günel Məlikzadə