"Barselona" istəyinə çatdı
    • 10-07-2024, 20:22
    • 480

"Barselona" istəyinə çatdı

"Barselona" "Atletik"in və İspaniya millisinin hücumçusu Niko Uilyamsla şəxsi razılıq əldə edib.

News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, futbolçunun agenti ötən həftə Kataloniya klubu ilə görüşüb və müqavilənin detallarını müəyyənləşdiriblər.

21 yaşlı oyunçu geridə qalan mövsümdə 37 oyunda 8 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun "Atletik"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

"Transfermarkt"ın dəyərləndirməsinə görə, onun qiyməti 60 milyon avrodur. Komanda uzun müddətdir Uilyamsın keçidi üçün çalışır.