Lamine Yamalın Messi ilə uşaqlıq fotoları ortaya çıxdı
    • 10-07-2024, 21:30
    • 289

Lamine Yamalın Messi ilə uşaqlıq fotoları ortaya çıxdı

AVRO-2024-ün yarımfinal matçında İspaniya millisinin heyətində Fransa millisinə 1 qol vuran və matçın oyunçusu seçilərək finala yüksələn 16 yaşlı Lamine Yamalın Lionel Messi ilə körpə fotoları ortaya çıxıb.

News24.az xəbər verir ki, hazırda İspaniya yığmasında çıxış edən Yamal bu yay Almaniyada keçirilən Avro 2024-də Avropa çempionatında oynayan və qol vuran ən gənc futbolçu olub.

Messi və Yamalın 2007-ci ildə çəkilmiş fotosunu Yamalın atası Mounir Nasraoui İnstaqramda "İki əfsanənin başlanğıcı" başlığı ilə paylaşıb.

Fotolardan birində cəmi bir neçə aylıq olan Yamal mavi plastik çəlləkdə, Messi gülümsəyərək uşağa əl uzadarkən görünür.

Həmin fotoları təqdim edirik.

Günel Məlikzadə