Yaşlı insanları öldürürlər VƏ “cadugər” damğası vurulur
    • 10-07-2024, 23:36
    • 382

Yaşlı insanları öldürürlər VƏ “cadugər” damğası vurulur

Afrika ölkəsi Keniyada son zamanlar yaşlı insanlar arasında ölüm hallarının artması diqqəti cəlb edib.

News24.az “Sherg.az”a istinadən bildirir ki, vəfat edənlərin əksəriyyəti torpaq sahibi olan yaşlı insanlardır. Deyilənə görə, onları öz ailə üzvləri, yaxınları torpağa sahib olmaq üçün öldürür. Həm də bunu “onlar cadügərdir”, iddiasıyla edirlər. Cinayətlərin araşdırılması zamanı məlum olub  ki, öldürülən yaşlı insanlara “cadugər” damğası vurulub.

Öldürülən hər 10 nəfərdən 7-nin müəyyən qədər torpaq mülkiyyətinə sahib olub. Miras digər ailə üzvlərinə qalsın deyə, yaşlı insanları bilərəkdən öldürüblər. BBC-nin xəbərinə görə, fala baxmaq, cadu yazmaq, batil inanclar Keniya, Malavi, Tanzaniya və Güney Afrikanın bəzi bölgələrində yaşlıların torpaq mülkiyyətinə sahib olmaq üçün ailə üzvlərinin istifadə etdiyi vasitələrdir.

Ailə üzvləri bu torpaqlardan istifadə etmək üçün yaşlı valideynləri barədə belə şayiələr yayır və onların guya haqlı olaraq öldürüldüklərinə bəraət qazandırmağa çalışırlar. Keniyanın insan haqlarını müdafiə təşkilatı “Haki Yetu” tərəfindən hazırlanan "Yaşlılar, Sınırda" hesabatına görə, ölkənin Kilifi sahilində hər həftə yaşlı bir adam “cadugər” olduğu iddia edilərək öldürülür. Hesabatda ölüm hallarının torpaq mülkiyyətinə sahiblənmək məqsədilə törədildiyi qeyd edilib.