Azərbaycanda yeni ailə quran qız intihar etdi – ŞOK SƏBƏB
    • 16-06-2023, 10:10
    • 138

Azərbaycanda yeni ailə quran qız intihar etdi – ŞOK SƏBƏB

Ağdam rayonunda 21 yaşlı qız intihar edib.

News24.az-ın əldə etdiyi məlumata görə, iyunun 14-də rayon sakini olan 2002-ci il təvəllüdlü Zənurə Səmədova özünü yaşadığı evin həyətində asıb. Ailə üzvləri onu görərək dərhal müdaxilə ediblər və boğazına bağladığı sintetik ipi kəsərək ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Lakin xəstəxanada göstərilən tibbi yardıma baxmayaraq 21 yaşlı Zənurə dünən, yəni iyunun 15-də vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Z.Səmədova yeni ailə həyatı qurubmuş. O, ailə qurduqdan sonra övladının olmaması səbəbilə depressiya keçirib və son vaxtlar psixoloji gərginlik vəziyyətdində olub. Hadisənin də bu səbəbdən baş verməsi bildirilir.

Araşdırmalar davam etdirilir.

Taleh BAĞIROV