-
- 10-07-2024, 18:54
- 434
Uşağına dərman almağa gedirdi, pitonun yemi oldu
İndoneziyanın Cənubi Sulavesi əyalətində öldürülən pitonun qarnında qadın cəsədi tapılıb.
News24.az Bakupost.az-a istinadən xəbər verir ki, bu son bir ayda əyalətdə ikinci pitonun öldürülməsi hadisəsidir.
Qeyd olunur ki, 36 yaşlı Siriati çərşənbə axşamı səhər xəstə övladına dərman almaq üçün evdən çıxıb, lakin bir daha geri qayıtmayıb. Bundan sonra qohumları onun axtarışına başlayıb.
Qadının 30 yaşlı əri Adiansa onun başmaq və şalvarını əyalətin Siteba kəndində, evlərindən təxminən 500 metr aralıda yerdə tapıb. O, yolun təxminən 10 metrliyində qarnı şişmiş halda bir piton görüb və şübhələnib. Kənd sakinlərinin köməyi ilə pitonun qarnını kəsərək qadının meyitini aşkar ediblər.
Bildirilir ki, bir ay öncə də piton bir qadını udubmuş.
Belə hadisələr son dərəcə nadir sayılır, lakin son illərdə bir neçə insan pitonlar tərəfindən udulub. Ötən il əyalət sakinləri kənddə bir fermeri boğaraq udan səkkiz metrlik pitonu öldürüblər. 2022-ci ildə İndoneziyanın Qambi əyalətində bir qadın piton tərəfindən öldürülüb və bütöv udulub. 2018-ci ildə Sulavesinin cənub-şərqindəki Muna şəhərində 54 yaşlı qadın yeddi metrlik pitonun qarnında ölü tapılıb.