Aslı Enver və qızı çimərlikdə əyləndi
    • 11-07-2024, 21:40
    • 337

Aslı Enver və qızı çimərlikdə əyləndi

2022-ci ildən Berkin Gökbudakla xoşbəxt evliliyi olan Aslı Enver 2023-cü il iyulun 4-də qızı Elay dünyaya gətirib.

News24.az xəbər verir ki, bir müddətdir ekranlardan uzaq düşən, körpəsinə baxan Ənvər arabir həyat yoldaşı və qızı ilə çəkdirdiyi pozaları izləyicilərinə təqdim edir.

Bir neçə gün əvvəl Elayın 1 yaşını qeyd edən məşhur aktrisa şənlikdən fotolar paylaşıb:

"Bu mahnı məndən sənə, əziz qızım... Şadam ki, gəlmisən. Həmişə deyirdilər ki, vaxt çox tez keçəcək, həzz alın, düzdülər həyatımın ən sürətli, ən yavaş, ən həyəcanlı, yorucu hissəsi. Elay artıq 1 yaşında".

Aslı Enverin paylaşımına The Temptations qrupunun "My Girl" mahnısını əlavə etməsi də diqqət çəkib.

Digər tərəfdən, Aslı Enver ötən həftələrdə əri ilə Bodrumda görüntülənib və "Hər şey qaydasındadır, gözəl evliliyim və çox gözəl ailəm var, analığın və tətilin dadını çıxarıram" deyib.

Günel Məlikzadə