-
- 11-07-2024, 13:41
- 624
Bu ölkədə illik inflyasiya azaldı
Almaniya Federal Statistika İdarəsi (Destatis) iyun ayı üzrə qiymət artımları ilə bağlı yekun məlumatı açıqlayıb.
News24.az xəbər verir ki, buna görə Almaniyada may ayında 2,4 % olan illik inflyasiya iyun ayında 2,2 %-ə geriləyib. Beləliklə, illik inflyasiya 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyədə qalıb.
Ölkədə istehlak qiymətləri indeksi (İQİ) aylıq bazda 0,1 faiz artıb.
Qeyd edək ki, enerji və qida məhsullarının aylardır ən mühüm “qiymət təyinediciləri” olduğu Almaniyada iyun ayında ərzaq qiymətləri illik bazda 1,1% artarkən, enerji məhsullarının qiymətləri isə 2,1% azalıb.
Enerji qiymətləri nəzərə alınmadan illik inflyasiya iyun ayında 2,7% olaraq hesablanıb.
Maraqlıdır ki, 2024-cü ilin iyun ayında xidmət göstərənlərin qiymətləri əvvəlki ilin eyni ayı ilə müqayisədə orta hesabla 3,9 faiz artaraq illik inflyasiyadan xeyli yüksək olub.
Günel Məlikzadə