Bitkoinin qiyməti aşağı düşdü
    • 11-06-2024, 23:10
    • 457

Bitkoinin qiyməti aşağı düşdü

ABŞ-da inflyasiya rəqəmləri və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarından əvvəl kriptovalyuta bazarları kəskin şəkildə geriləyib.

News24.az xəbər verir ki, Bitcoin son 24 saatda 3 faizdən çox azalaraq 67 400 dollardan aşağı düşüb. Ethereum 3522 dollar ətrafında alınıb-satılıb.

Analitiklər FED-in faiz dərəcələrini uzun müddət yüksək saxlaya biləcəyi ilə bağlı narahatlıqların satış təzyiqini artırdığını bildiriblər.

Qeyd edək ki, bazarlar FED-in bu il faiz dərəcələrini 37 baza bəndi azaldacağına qiymət qoyur. Təsərrüfatdan kənar məşğulluq məlumatlarından əvvəl 50 baza bəndi azalma proqnozlaşdırılıb.

Günel Məlikzadə