-
- 11-07-2024, 22:50
- 1 382
Zeynep Dəmirəl hamilədir?
2010-cu ildə ailə həyatı quran "Hatayspor"un sabiq baş məşqçisi Volkan Dəmirəllə həyat yoldaşı Zeynep Dəmirəlin boşanacaqları ilə bağlı yayılan xəbərlər gündəmə bomba kimi düşüb.
News24.az xəbər verir ki, 13 ildir evli olan cütlüyün yollarını ayırmaq qərarına gəldiyi və Zeynep Dəmirəlin boşanmaq üçün məhkəməyə müraciət etdiyi iddia edilib.
Lakin Volkan Dəmirəl məsələ ilə bağlı susqunluğunu pozaraq, sosial media hesabındakı paylaşımla iddiaları təkzib edib.
Dəmirəl, "Bəzən (əksər evliliklərdə olduğu kimi) mübahisə edirik, razılaşmırıq. Amma boşanma iddiası verdiyimiz xəbərlər doğru deyil. Hazırda səhər qəhvəmizi birlikdə içirik" dedi.
Digər tərəfdən, 26 iyunda Volkan Dəmirəlin atası Əli Naci Dəmirəli itirən məşhur cütlük yeni iddia ilə gündəmə gəlib.
Akif Yamanın xəbərinə görə; Zeynep Dəmirəlin hamilə olduğu və cütlüyün üçüncü körpəsini gözlədiyi iddia edilib
Qeyd edək ki, məsələ ilə bağlı Dəmirəl cütlüyündən açıqlama verilməyib.
Günel Məlikzadə