Məşhurlardan Baydenə VETO
    • 12-07-2024, 10:28
    • 185

Məşhurlardan Baydenə VETO

Donald Trampla televiziya debatında zəif çıxış edən və buna görə də tənqid hədəfinə çevrilən ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürməsi üçün təzyiqlər artıb. 

News24.az xəbər verir ki, məşhur aktyor və rejissor Corc Kluni 2024-cü il prezident seçkilərində Demokratların namizədi olan prezident Baydeni namizədlikdən çəkilməyə çağırıb.

Ötən həftə “New York Times” qəzetində dərc olunan məqaləsində Kluni Baydeni sevdiyini, lakin namizədliyini davam etdirsə, demokratların prezidentlik yarışını və konqresdəki bütün nəzarəti itirəcəyini söyləyib.

Qeyd edək ki, Baydenin geri çəkilməyini istəyən məşhurlar arasında məşhur amerikalı yazıçı Stiven Kinq, tok-şou aparıcısı Stiven Kolbert və rejissor Maykl Mur da var. 

Məryəm İlhamqızı