Məşhurların Bodrum və Çeşmedə rəngarəng TƏTİLİ
    • 12-07-2024, 10:58
    • 332

Məşhurların Bodrum və Çeşmedə rəngarəng TƏTİLİ

Hava istiləşdikcə məşhur adlar istirahət mərkəzlərinə üz tutub. 

News24.az xəbər verir ki, məşhurlardan bəziləri Çeşməyə, bəziləri Bodruma üstünlük verib. 

Məşhur adların rəngarəng tətilləri..

Berk Atan aktrisa olan sevgilisi Sude Zülal Güler birlikdə Çeşməyə gedib. Yorucu bir mövsümü yola verən məşhur cütlüyün çəkilişlər başlayana qədər Çeşmədə olacağı öyrənilib.

Çeşmənin daimi sakini olan aktrisa İlkin Tüfekçi də, yayın gəlişi ilə yenidən Alaçatıda görünüb. Hər il tətilini Çeşmedəki evində keçirən məşhur ötən axşam 37 yaşını qeyd edib.

Tezliklə yeni layihələri olacağından danışan gözəl aktrisa dincələcəyini və yay mövsümünü sahibsiz heyvanlarla keçirəcəyini bildirib.

Son illər ərzində mahnıları ilə geniş pərəstişkar kütləsinə çatan, ən çox danışılan müğənnilərdən biri olan Əmir Can İğrek isə tətil üçün Bodrumu seçib.

İğrek ötən gün Ortakentdə çimərlikdə kameraya düşüb.

Dənizdə üzərək özünü isti havadan qorumağa çalışan məşhur, fit bədəni ilə bütün gözləri özünə çəkib.

Məryəm İlhamqızı