9 terrorçu zərərsizləşdirildi
    • 12-07-2024, 15:27
    • 186

9 terrorçu zərərsizləşdirildi

Türkiyənin Milli Müdafiə Nazirliyi  İraqın şimalında 9 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında məlumat verilib. 

Paylaşımda belə qeyd edilib: 

"Onların gəldiyini eşidən olmaz, geri qayıtdığını eşitməyən qalmaz. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk, Gara və Pençe-Kilit əməliyyat bölgələrində aşkar etdiyi 9 PKK terrorçusunu zərərsizləşdirib. Harda olurlar olsunlar Mehmetçiyin nəfəsi terrorçuların üzərində qalmağa davam edəcək".

Məryəm İlhamqızı