Kreml: Soyuq müharibəyə doğru möhkəm addımlar atırıq
    • 12-07-2024, 15:45
    • 207

Kreml: Soyuq müharibəyə doğru möhkəm addımlar atırıq

Peskov Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamada ABŞ-ın 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” uzaqmənzilli qanadlı raketlər yerləşdirmək qərarını dəyərləndirib.

News24.az xəbər verir ki, sözügedən qərarla bağlı inkişafı izləyəcəklərini vurğulayan Peskov, "Almaniya, ABŞ, Fransa və İngiltərə Ukraynadakı münaqişələrdə birbaşa iştirak edir. Bütün bunlar ölkəmizi sıxışdırmaq və strateji məğlubiyyətimizi təmin etmək üçün edilir" dedi.

Peskov hadisələrin soyuq müharibənin əlamətlərini daşıdığını ifadə edərək, "Soyuq müharibəyə doğru möhkəm addımlar atırıq. Bütün bunlar əvvəllər də olub" dedi. 

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün verdiyi açıqlamada ABŞ-ın qərarına “hərbi cavab hazırlayacağıq” şərhini verib.

Günel Məlikzadə