Kreml: Fransa Ukraynadakı müharibəyə qarışmağa hazırdır
    • 7-06-2024, 14:57
    • 228

Kreml: Fransa Ukraynadakı müharibəyə qarışmağa hazırdır

Kreml bildirib ki, Fransa prezidenti Emmanuel Makronun son bəyanatları Avropada gərginliyi “gücləndirib”. Fransanın Ukrayna münaqişəsində birbaşa rol oynamağa hazırlaşdığını göstərib.

News24.az xəbər verir ki, Fransa lideri Ukraynanı dəstəkləməkdə qətiyyətlidir. Makron bu yaxınlarda müharibə vəziyyətində olan ölkəyə “Mirage” döyüş təyyarələri göndərəcəyini və ukraynalı pilotların hazırlanmasına kömək edəcəyini vəd edib.

"FRANSANIN MÜHARİBƏ ELANI"

Kremlin sözçüsü Dmitri Peskov Rusiya xəbər agentliklərinə açıqlamasında deyib: “Makron Kiyev rejiminə mütləq dəstək verir və Fransanın hərbi münaqişədə birbaşa iştiraka hazır olduğunu bəyan edir”.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Peskov, "Biz düşünürük ki, bu bəyanatlar çox təxribatçıdır, qitədə gərginliyi artırır və müsbət heç nəyə gətirib çıxarmır".

Günel Məlikzadə