-
- 12-07-2024, 16:09
- 451
Orban Trampla görüşdü
Macarıstanın baş naziri Viktor Orban Ukrayna üçün başlatdığı “sülh missiyası” danışıqları çərçivəsində dünən axşam ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.
News24.az xəbər verir ki, Trampın Floridadakı Mar-a-Laqo malikanəsində keçirilən görüşdə Orban və Tramp sülhün bərqərar olması ilə bağlı qiymətləndirmələr aparıblar.
Görüşlə bağlı sosial media hesabından verdiyi açıqlamada Orban, "Sülhü təmin etməyin yollarını müzakirə etdik. Günün yaxşı xəbəri Trampın bunu həll edəcəyidir" deyib.
Tramp açıqlamasında Viktor Orbana səfərinə görə təşəkkür edib və "Sülh tezliklə əldə edilməlidir. Heç başlamamalı olan müharibədə çox sayda insan öldü" deyib.
Günel Məlikzadə