Rusiya YouTube-u bloklamağı planlaşdırır
    • 12-07-2024, 16:13
    • 188

Rusiya YouTube-u bloklamağı planlaşdırır

Prezident Administrasiyasına yaxın hesab olunan mənbələrdən bildirilib ki, Rusiya nəhayət sentyabr ayında YouTube-u bloklamağı planlaşdırır.

News24.az xəbər verir ki, mənbədən verilən məlumata görə, iyul-avqust aylarında bəzi bölgələrdə Youtube-nin iş şəraiti pisləşəcək. Sentyabr ayından isə bloklama başlayacaq.

Əlavə olaraq,  Rostelecom da ruslara YouTube-un  ləngiməsi ilə bağlı xəbərdarlıq edib. Şirkətin saytında məlumat verildiyi kimi, Google-a məxsus olan, operatorun şəbəkə infrastrukturunda və bağlantılarında istifadə olunan avadanlığın istismarında texniki problemlər yaranıb.

Məryəm İlhamqızı