Kütləvi həbsxana qaçışı: Komendant saatı elan edildi
    • 12-07-2024, 16:15
    • 1 260

Kütləvi həbsxana qaçışı: Komendant saatı elan edildi

Nigerin paytaxtı Niameydən təxminən 50 kilometr şimal-qərbdə yerləşən yüksək təhlükəsizlikli Koutoukale həbsxanasından bir çox məhbus qaçıb.

News24.az xəbər verir ki, bununla bağlı Tillaberi bölgəsində gecə komendant saatı elan edilib. 

Niger Daxili İşlər Nazirliyindən verilən açıqlamada dünən baş verən hadisədən sonra qrupların həyəcan vəziyyətinə gətirildiyi açıqlanıb.

Qaçan məhbusların sayı və necə qaçdıqları barədə məlumat verilməyib.

Onu da qeyd edək ki, həbsxanada terror təşkilatı Əl-Qaidə, İŞİD və Boko Haram üzvü olan məhbuslar da olub.

Günel Məlikzadə