Neymar məşhur blogerin sevgilisinə tamah saldı
    • 12-07-2024, 21:28
    • 316

Neymar məşhur blogerin sevgilisinə tamah saldı

Məşhur rusiyalı bloger Mixail Litvin Braziliya millisinin və “Əl-Hilal”ın ulduzu Neymarın onun sevgilisi Adel Veygelə tanışlıq üçün yaxınlaşmaq istədiyini bildirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Litvin bu barədə “Vpiska” YouTube kanalına müsahibəsində danışıb.

“Neymar sevgilimə tanışlıq verməyə çalışırdı. Onu görmək istədi, Parisə dəvət etdi, dedi: “Mən ölkədə vəziyyətin necə olduğunu bilirəm, əgər mənim köməyimə ehtiyac olarsa…” Bir sözlə, özünü göstərməyə çalışırdı”, - deyə Litvin qeyd edib.

Braziliyalı futbolçu 2023-cü ilin yayında PSJ-dən “Əl-Hilal”a keçib. Ötən ilin noyabrından zədəli olan futbolçu bu müddət ərzində bütün turnirlərdə cəmi 5matçda iştirak edib, 1 qol vurub və üç məhsuldar ötürmə edib.