-
- 8-11-2023, 13:54
- 207
Neymarın yeni doğulmuş qızını oğurlamağa cəhd etdilər
Noyabrın 7-nə keçən gecə Kotia şəhərində oğrular Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Neymarın yeni doğulmuş qızını qaçırmağa cəhd ediblər.
News24.az Yenisabah.az-a istindala xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla səhər saat üç radələrində braziliyalı hücumçunun sevgilisinin anasının evinə quldurlar daxil olublar. Oğrular ümumi dəyəri təxminən 120 min dollar olan qiymətli əşyalar, dizayner çantaları və saatlar oğurlayıblar, həmçinin Neymarın sevgilisi Bruna Biankardinin və onların yeni doğulmuş qızının harada olduğunu soruşublar.
Cinayətkarlardan biri, 19 yaşlı yerli sakin daha sonra saxlanılıb. Neymar və Biankardi sosial şəbəkələrdə hər şeyin qaydasında olduğunu bildiriblər.
31 yaşlı Neymar ötən yay Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. Oktyabrda Braziliya millisinin heyətində keçirilən oyunda hücumçu çarpaz diz bağından zədə alıb. Onun sağalma müddəti 10 aya qədər ola bilər.