Çimərlikdə "daşlı" DAVA
    • 12-07-2024, 17:18
    • 323

Çimərlikdə "daşlı" DAVA

Atlantik okeanında İspaniya adası Teneferide qeydə alınan video dünya mediasında işıqlandırılıb. 

News24.az xəbər verir ki, görüntü Teneferidəki Las Burras çimərliyindən çəkilib.

Avropalı turistlərin sevimlisi olan adadakı qayalı Las Burrasa üstünlük verən turistlər arasında baş verən döyüşdə iri daş və bıçaqlardan istifadə edilib. 

Bu zaman davada iştirak edənlərdən birinə böyük bir daş parçası atılsa da, kişi qaça bilib. Sahildə dava davam edərkən uşaqların da hadisə yerindən uzaqlaşmağa çalışdığı görülüb.

İspaniya polisi hadisə yerinə gələndə davada iştirak edənlər artıq oranı tərk etmiş olublar. Lakin polis iki şübhəlini cəmi 200 metr aralıda tapıb. Davada iştirak edən şübhəlilərdən biri olan 18 yaşlı Kuba vətəndaşının başından ağır yaralandığı və bədənində çoxlu yaralar olduğu barədə məlumat verilib.

Məryəm İlhamqızı