Bu telefonlar 7 il yeniləmə alacaq
    • 12-07-2024, 22:40
    • 3 698

Bu telefonlar 7 il yeniləmə alacaq

İlin ilk aylarında təqdim edilən Samsung Galaxy S24 seriyası və One UI yeniləməsi ilə şirkət böyük bir yenilik edib. Əvvəllər iki illik əməliyyat sistemi və dörd illik təhlükəsizlik yeniləməsi alan flaqman Galaxy cihazları indi S24 ilə yeddi illik yeniləmə dəstəyinə malikdir. 

News24.az xəbər verir ki, Google-un Pixel telefonları və planşetləri üçün yeddi illik yeniləmə vədi digər markalar üçün geciksə də, Samsung-un təklif etdiyi bu dəstək markanın etibarlılığını daha da artırıb. Bazar payı və satışda təsirli olan bu xüsusiyyət sayəsində Galaxy S24, Galaxy S24+ və Galaxy S24 Ultra satış rekordları qırıb.

Yeddi il ərzində Android və One UI yeniləmələrini alacaq Galaxy cihazları bunlardır:

  1. Galaxy S24
  2. Galaxy S24+
  3. Galaxy S24 Ultra
  4. Galaxy Z Fold 6
  5. Galaxy Z Flip 6

Günel Məlikzadə