Rusiyada təyyarə qəzaya uğradı: ölənlər var
    • 12-07-2024, 17:37
    • 5 128

Rusiyada təyyarə qəzaya uğradı: ölənlər var

Sukhoi Superjet 100 təyyarəsi meşədə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib:

“Təyyarə meşəlik əraziyə düşüb. İçərisində üç ekipaj üzvü olub. Əhali arasında itki yoxdur”.

Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako bildirib ki, qəza Moskva vaxtı ilə saat 15:00 radələrində baş verib.

Məryəm İlhamqızı