Ərəb turistlər gölə düşdülər - FOTO
    • 12-07-2024, 23:40
    • 1 145

Ərəb turistlər gölə düşdülər - FOTO

Ərəb turistlər qolf arabaları ilə Türkiyədə Uzungölə düşüblər.

News24.az xəbər verir ki, Körfəz ölkələrindən tətilə gələn 4 turist səhər yeməyindən sonra göl sahilində gəzintiyə çıxmaq üçün elektrikli qolf arabası kirayələyib.

A.K.A-nın idarə etdiyi qolf arabası səfər zamanı idarəetmədən çıxaraq göl sahilinə aşıb.

Sudan çıxarılan turistlərdən biri yüngül xəsarət alıb.

Xəbər üzərinə bölgəyə jandarma və sağlamlıq qrupları sövq edilib.

Günel Məlikzadə