-
- 13-07-2024, 16:01
- 262
Qeyri-qanuni miqrantlar saxlanıldı SAXLANILDI
Türkiyənin Muğla sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olduqları ehtimal edilən 3 şübhəli saxlanılıb.
News24.az APA-ya istinadən xəbər verir ki, bu şəxslərdən 82-si Muğlanın Milas, 26-ı isə Fethiye rayonları ərazisində ələ keçirilib. Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.
Miqrantların saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı onlara köməklik etdiyi ehtimal olunan üç şübhəli saxlanılıb.
Əcnəbilərdən ibarət 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.